Qazaxda dibçəkdə narkotik yetişdirib SAXLANILDI
09 may 2024 08:51 (UTC +04:00)

Qazaxda dibçəkdə narkotik yetişdirib SAXLANILDI

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, rayonun Kosalar kənd sakini Əli Nəsibov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Ə. Nəsibovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə dibçəklərdə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 2592
avatar

Oxşar yazılar