30 ildir  axtarışda olan terrorçu tutuldu
09 may 2024 16:05 (UTC +04:00)

30 ildir axtarışda olan terrorçu tutuldu

0

Türkiyədə 30 ildir axtarışda olan PKK terrorçusu saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Muğla şəhər polis əməkdaşları axtarışda olan şəxslərə qarşı əməliyyat tədbirləri keçiriblər. Nəticədə 1994-cü ildə Derik qəsəbəsində baş verən terror aktında şübhəli bilinənlərdən biri 66 yaşlı M.İ. də ələ keçirilib.

Baxış zamanı onun üzərindən saxta pasport tapılıb.

M.İ. məhkəmə qərarı ilə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3591

Oxşar yazılar