Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Səbail rayonu, G.Əliyev küçəsində qeydə alınıb.
71 yaşlı Muradxan Tapdıq oğlu Orucovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.
Qeyd edək ki, bu gün paytaxtın Nəsimi rayonunda da evdən meyit tapılması barədə xəbər vermişdik.