Dünyanın ən yaxşı  20 hava limanı - REYTİNQ
20 iyun 2026 17:25 (UTC +04:00)

Dünyanın ən yaxşı 20 hava limanı - REYTİNQ

0

Yeni beynəlxalq reytinq dünyanın ən yaxşı hava limanlarını müəyyənləşdirib və nəticələr gözlənilməz olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hava səyahətləri bir neçə saat ərzində dünyanın demək olar ki, istənilən nöqtəsinə çatmağa imkan versə də, uçuş prosesi çox vaxt sərnişinlər üçün çətin sınağa çevrilir.

Dünyanın ən yaxşı hava limanlarının reytinqi “AirHelp” şirkəti tərəfindən hazırlanıb. Mütəxəssislər hava limanlarını üç əsas meyar üzrə qiymətləndiriblər: reyslərin vaxtında yerinə yetirilməsi, infrastruktur və komfort, həmçinin sərnişinlərin ümumi məmnunluğu.

Vaxtında uçuş göstəricisi hesablanarkən reyslərin gecikməsi və ləğvi nəzərə alınıb. Daha sonra bütün göstəricilər birləşdirilərək hər hava limanı üçün yekun qiymət müəyyən edilib.

Reytinqdə birinci yeri və dünyanın ən yaxşı hava limanı adını Panamanın paytaxtı Panama şəhərində yerləşən Tokumen Beynəlxalq Hava Limanı qazanıb. İlk onluqdakı digər hava limanları bəzi kateqoriyalar üzrə daha yüksək nəticə göstərsələr də, məhz yüksək punktuallıq Tokumen hava limanına lider olmağa imkan verib.

İkinci yeri Braziliyanın Fortaleza şəhərində yerləşən Pinto Martins Hava Limanı, üçüncü yeri isə Cənubi Afrikanın Keyptaun Hava Limanı tutub.

ABŞ-dan yalnız bir hava limanı iyirmiliyə düşə bilib. Portlend Hava Limanı reytinqdə 18-ci yerdə qərarlaşıb.

Panama birinci yer sayəsində qalib ölkə olsa da, ən böyük uğuru Braziliya əldə edib. Fortaleza Pinto Martins Hava Limanı ikinci yeri tutub, ümumilikdə isə ilk 20-likdə yer alan hava limanlarının doqquzu Braziliyada yerləşir.

Reytinqə Cənubi Afrika və Yaponiyanın da bir neçə hava limanı daxil olub. Cənubi Afrika Keyptaun (3-cü yer) və Durban Kinq Şaka (7-ci yer), Yaponiya isə Osaka-İtami (12-ci yer), Fukuoka (15-ci yer) və Naqoya-Çubu (20-ci yer) hava limanları ilə siyahıda təmsil olunub.

“AirHelp”in reytinqinə görə dünyanın ən yaxşı 20 hava limanı:

  1. Tokumen Hava Limanı – Panama şəhəri, Panama
  2. Pinto Martins Hava Limanı – Fortaleza, Braziliya
  3. Keyptaun Hava Limanı – Cənubi Afrika
  4. Resifi/Quararapes – Gilberto Freyre Hava Limanı – Braziliya
  5. Braziliya – Prezident Juselino Kubiçek Hava Limanı – Braziliya
  6. Rio-de-Janeyro Santos-Dümon Hava Limanı – Braziliya
  7. Durban Kinq Şaka Hava Limanı – Cənubi Afrika
  8. Belem Val-de-Kans Hava Limanı – Braziliya
  9. Bude Hava Limanı – Norveç
  10. Billund Hava Limanı – Danimarka
  11. Virakopus–Kampinas Hava Limanı – Braziliya
  12. Osaka-İtami Hava Limanı – Yaponiya
  13. Sinqapur Çangi Hava Limanı – Sinqapur
  14. Santyaqo Hava Limanı – Çili
  15. Fukuoka Hava Limanı – Yaponiya
  16. Rio-de-Janeyro-Qalean Hava Limanı – Braziliya
  17. Salvador Deputado Luis Eduardo Maqalyaeş Hava Limanı – Braziliya
  18. Portlend Hava Limanı – ABŞ
  19. Belo-Orizonti Tankredu Neves Hava Limanı – Braziliya
  20. Naqoya-Çubu Hava Limanı – Yaponiya.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar