"Mançester Siti" onu rekord qiymətə  alır
20 iyun 2026 19:11 (UTC +04:00)

"Mançester Siti" onu rekord qiymətə alır

0

"Mançester Siti" "Nottinqem Forest"in və İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Andersonun transferi ilə bağlı danışıqların son mərhələsinə çatıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 23 yaşlı futbolçunun transferi təxminən 130 milyon funt sterlinqə (təxminən 150 milyon avro) başa gələcək. Bu baş tutacağı halda, britaniyalı futbolçular arasında yeni transfer rekordu qeydə alınacaq.

Daha əvvəl "Nottingem Forest" "şəhərlilər"in iki təklifini geri çevirib. Son təklifin məbləği 120 milyon funt sterlinq (təxminən 138,5 milyon avro) idi. Hazırda tərəflər ödəniş mexanizmi ilə bağlı əsas fikir ayrılıqlarını aradan qaldırıblar.

"Mançester Siti" Andersonun tibbi müayinəsini ABŞ-da keçirməyi planlaşdırır. Futbolçu hazırda İngiltərə millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak edir.

Mançester təmsilçisi Andersonu bu transfer pəncərəsində komandadan ayrılan portuqaliyalı Bernardo Silvanın uzunmüddətli əvəzləyicisi kimi görür.

Gözlənilir ki, "Nottingem Forest" tibbi müayinəyə yekun razılıq verdikdən sonra transfer rəsmən açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar