Bakıda ustanın partlayış nəticəsində 15-ci mərtəbədən yıxılaraq öldüyü məlum olub.
Lent.az xəbər verir ki, hadisə usta 15-ci mərtəbədə yerləşən mənzilə kondisioner quraşdırarkən baş verib.
TƏBİB-dən Lent.az-a bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub".
***
15:38
Bakıda usta bədbəxt hadisənin qurbanı olub.
Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu 20 Yanvar küçəsində qeydə alınıb.
34 yaşlı Ömər Məhərrəmli buradakı binalardan birinin 15-ci mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.