Sabah bu rayonun minlərlə abonenti qazsız qalacaq
14 aprel 2026 13:33 (UTC +04:00)

Sabah bu rayonun minlərlə abonenti qazsız qalacaq

0

Masallı şəhərinin Azərbaycan prospektində yerləşən polietilen qaz xəttinin 26 metrlik hissəsinin polad borularla əvəz olunaraq yerüstü xətt kimi çəkilməsi və müvafiq olaraq qoşulması məqsədilə planlaşdırılmış təmir-bərpa işləri aparılacaq.

Lent.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq, 15.04.2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək rayonun Digah və Seybətin kəndləri, həmçinin şəhərin bir hissəsi daxil olmaqla ümumilikdə təxminən 3 200 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar