Kılıçdaroğlu  haqda həbs  qərarı verildi
14 aprel 2026 16:04 (UTC +04:00)

Kılıçdaroğlu haqda həbs qərarı verildi

0

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu barəsində “Prezidenti təhqir etmək” ittihamı ilə 11 ay 20 gün həbs cəzası qərarı çıxarılıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Kılıçdaroğlunun vəkili Cəlal Çelik qərarı “siyasi” və “hüquqsuzluq” kimi qiymətləndirərək, ondan apellyasiya şikayəti verəcəklərini və qərarın ləğv ediləcəyinə əmin olduqlarını bildirib.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu iki il əvvəl verdiyi müdafiə çıxışında işlətdiyi ifadələrə görə peşman olmadığını vurğulamışdı. O, həyatı boyu dövlətə sədaqətlə xidmət etdiyini, böyük büdcələri idarə etdiyi dövrlərdə hər zaman yoxsulların haqqını qoruduğunu və dürüstlükdən ayrılmadığını ifadə etmişdi. Məhkəmənin bu qərarından sonra prosesin apellyasiya mərhələsində necə davam edəcəyi maraqla gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar