Bakıda maşına basqın: Bıçaqla hədələyib...
02 mart 2023 13:08 (UTC +04:00)

Bakıda maşına basqın: Bıçaqla hədələyib...

0

Bakıda quldurluq hadisəsi baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. 

Bakı şəhər sakini Şahin Mirzəzadənin idarə etdiyi “Toyota” markalı 77-FO-650 dövlət nömrə nişanlı avtomobilə daxil olan 5 naməlum şəxs sürücünü bıçaqla hədələyib üzərində olan pulu və telefonu götürərək, hadisə yerini tərk ediblər. 

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırılma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1607

Oxşar yazılar