Bakıda məktəbin qarşısında gənc oğlan bıçaqlandı
15 sentyabr 2023 06:53 (UTC +04:00)

Bakıda məktəbin qarşısında gənc oğlan bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 90 nömrəli tam orta məkətbin qarşısında 1992-ci il təvəllüdlü Əsgərov İsmayıl Nəriman oğlu qəfil naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxs İsmayıl Əsgərova bıçaq zərbəsi endirərək ərazidən qaçıb.

Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

O, cərrahi əməliyyat edilib.

Vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2464

Oxşar yazılar