Bakıda  narkokuryerlər   saxlanıldı
12 yanvar 2026 14:41 (UTC +04:00)

Bakıda narkokuryerlər saxlanıldı

0

Bakıda polis iki narkokuryeri 5 kiloqram marixuana və 708 ədəd həblə saxlayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdiyu sonuncu əməliyyatlar zamanı 57 yaşlı Rauf Əskəroğlu və 26 yaşlı İqbal Əhmədov saxlanılıblar.

Onlardan ümumilikdə 5 kiloqram 42 qram narkotik vasitə marixuana, heroin, psixotrop maddə metamfetamin, 708 ədəd metadon, preqabalin və digər güclü təsiredici xassəyə malik həblər, eləcə də satış məqsədilə istifadə olunan elektron tərəzi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar