Bakıda restorana basqın edən maskalı yeniyetmələrə  HÖKM OXUNDU
13 yanvar 2026 11:32 (UTC +04:00)

Bakıda restorana basqın edən maskalı yeniyetmələrə HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq edərək restoranın kassasını qarət edən yeniyetmələr - R. A, A.K, M. E -nin cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən məhkəmə A.K- nın 6 il azadlıqdan məhrum edilməsini, 2 il sınaq müddəti kimi təyin olunmasını və barəsində intizam qətimkan tədbirinin seçilməsini, M.E- nin 3 il azadlığının məhdudlaşdırılması və ona elektron nəzarət vasitəsinin tətbiq edilərək başqa yerə getməmək intizam qətimkan tədbirinin seçilməsini, R.A-nın 3 il azadlığının məhdudlaşdırılması və elektron cihazının tətbiq olunması barədə qərar verib.

Qeyd edək ki, dövlət ittihamçısı A. K. -nın 7 il, 6 ay, R.A və M. E - nin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, 2025-ci il fevralın 8-i səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq faktının baş verməsi barədə polisə məlumat daxil olub. Restoranda gecə növbətçisi işləyən A. K şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat nağd pul və 1100 manat dəyərində planşeti oğurlayıblar.

Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E. M və A. R saxlanılıblar.

İbtidai istintaq araşdırmaları zamanı polis digər qaranlıq məqamlara da aydınlıq gətirib. Həmin şəxslər özünü zərərçəkən kimi istintaqa təqdim edən A. K- lə əlbir olduqlarını və oğurluq görüntüsü yaradaraq polisə yalan məlumat verdiklərini bildiriblər. Onlar əvvəlcədən əlbir olub cinayət əlaqəsinə girərək restoranın kassasını talamaq üçün bu üsula əl atıblar.

Aparılan araşdırmalar zamanı A. K də saxlanılaraq barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar