Bakıda ticarət mərkəzindəki yanğın söndürüldü - VİDEO  - YENİLƏNİB
23 noyabr 2023 21:22 (UTC +04:00)

Bakıda ticarət mərkəzindəki yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Saat 21:02

Bu gün saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən Lent.az-a bildirilib ki, hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Saat 20:59

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Saat 20:31

Bakıda ticarət mərkəzi yanır. 

Lent.az xəbər verir ki, Binəqədi rayonunda metronun “Azadlıq Prospekti” stansiyası yaxınlığındakı ticarət mərkəzində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8619

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü -YENİLƏNİB -VİDEO

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06