Bakıda yük və minik maşınları toqquşdu, ölən var
19 noyabr 2022 15:04 (UTC +04:00)

Bakıda yük və minik maşınları toqquşdu, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Lent.az-a bildirib ki, hadisə Sabunçu rayonu Yeni Ramana qəsəbəsində qeydə alınıb. Yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Baş inspektorun sözlərinə hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Əldə etdiyimiz məlumata görə, qəzada ölən şəxs minik avtomobilinin sürücüsü 20 yaşlı Rüstəmov Murad Cəsur oğludur.

# 2274
avatar

Oxşar yazılar