Hamilə arvadı ilə hədələndiyi üçün  özünü öldürüb - Gəncədəki intiharda ŞOK İDDİA
03 may 2024 12:55 (UTC +04:00)

Hamilə arvadı ilə hədələndiyi üçün özünü öldürüb - Gəncədəki intiharda ŞOK İDDİA

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Nuriyevin özünü ov tüfəngi ilə öldürməsi barədə xəbər vermişdik.

Lent.az xəbər verir ki, mərhumun qohumu bloqer Sevinc Hüseynova sosial şəbəkədə video paylaşaraq, intiharın səbəbləri barədə ittihamlar səsləndirib.

Onun sözlərinə görə, Gəncədə Elfak Akif oğlu adlı biri təhdid etdiyi üçün Məzahir özünü öldürüb:

“Məzahirin Elfaka 110 min manat borcu vardı. Elfak mütəmadi olaraq, borcunu tələb edib, Məzahiri 14 yaşlı qardaşı və hamilə arvadı ilə hədələyib. Elfakın Gəncədə çoxlu restoranları var. Məzahiri şəhərdə “çayqıraqlılar” və “saqqallılar” deyilən dəstələrlə hədələyiblər. Hadisədən 1 saat əvvəl də Elfak və adamları Məzahirin qapısına gələrək, dayanmadan qapını döyüb pulu istəyiblər”.

S. Hüseynova əldə olan bütün faktları, kamera görüntülərini istintaq orqanına təqdim etdiklərini bildirib.

Qeyd edək ki, hadisə aprelin 22-də saat 14:05-də Gəncə şəhəri Nigar Rəfibəyi küçəsindəki ev 42-nin zirzəmisində baş verib. 28 yaşlı Məzahir Nuriyev “Churchill” markalı təklüləli ov tüfəngi ilə özünə atış açıb və hadisə yerində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6567
avatar

Oxşar yazılar