Qadınları yaşlı göstərən  məşhur kosmetik məhsul
03 may 2024 09:35 (UTC +04:00)

Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul

Bəzi dəriyə qulluq məhsulları qadınları olduğundan daha yaşlı göstərir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dermatoloq Nati Şarmanın fikrincə, bir çox gənc qadın dərinin qocalmasının qarşısını almaq üçün həddindən artıq aktiv yaşlanma əleyhinə vasitələrdən istifadə etməyə başlayır.

Onun sözlərinə görə, bu da əks nəticəyə səbəb ola bilər:

“30 yaşdan kiçik qadınlar üçün retinol daxil olmaqla, güclü maddələrdən istifadə etməməlidir. Retinolun gənc dəri üzərində istifadəsi onun qoruyucu baryerini zədələyə və qocalma prosesini sürətləndirə bilər. Gənc dəri üçün retinoidlərin çox sərt ola və xeyirdən daha çox zərər verə bilər. Retinol, kremlər, losyonlar da daxil olmaqla, kosmetikada tez-tez tapılan A vitamininin törəməsidir. Yaşlanma əleyhinə xüsusiyyətləri ilə tanınmasına və sızanaqlarla mübarizədə təsirli olmasına baxmayaraq, ehtiyatla istifadə edilməlidir. Retinolun gənclər arasında populyarlığı son vaxtlar TikTok sosial şəbəkəsindəki aktivliyə görə artıb. Retinolun dəri toxumasını yaxşılaşdırmaq və qırışları azaltmaq kimi potensial faydalarına baxmayaraq, mütəxəssisin nəzarəti altında istifadə etməyə başlamaq tövsiyə olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Arzu Qurbanlı

Oxşar yazılar