Balakəndə avtomobilin 5 gün əvvəl vurduğu  piyada öldü
15 yanvar 2026 09:34 (UTC +04:00)

Balakəndə avtomobilin 5 gün əvvəl vurduğu piyada öldü

0

Balakəndə avtomobilin vurduğu piyada ölüb.

Lent.az xəbər verir ki, hadisə yanvarın 9-da qeydə alınıb.

Sadiq Balagözov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə Balakən rayonunun Qazma kəndindən şəhər istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 64 yaşlı Cəərey Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən dünən, yanvarın 14-də xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar