Beyləqanda maşın kanala düşdü:  2-si uşaq olmaqla 4 nəfər xilas olundu - VİDEO
08 yanvar 2026 09:10 (UTC +04:00)

Beyləqanda maşın kanala düşdü: 2-si uşaq olmaqla 4 nəfər xilas olundu - VİDEO

0

Su kanalına düşmüş avtomobildə köməksiz qalan şəxslər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə polis əməkdaşları və yanğınsöndürənlər cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lada” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Keçirilən birgə əməliyyat sayəsində avtomobildə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1236

Oxşar yazılar