Bu rayonda KÜTLƏVİ HƏBSLƏR:  19 nəfər... - FOTO
22 noyabr 2022 10:23 (UTC +04:00)

Bu rayonda KÜTLƏVİ HƏBSLƏR: 19 nəfər... - FOTO

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Lənkəran şəhər Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri keçirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

# 3465
avatar

Oxşar yazılar