Bu xəstəxanada yeni doğulmuş 9 körpə öldü
13 yanvar 2026 13:36 (UTC +04:00)

Bu xəstəxanada yeni doğulmuş 9 körpə öldü

0

Rusiyanın Novokuznetsk şəhərindəki 1 saylı doğum evində doqquz yeni doğulmuş körpənin ölümü barədə məlumatlardan sonra cinayət işi açılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Kuzbassın səhiyyə naziri Andrey Tarasov ölüm faktını təsdiqləyib və hadisə yerində Səhiyyə Nazirliyinin komissiyasının işlədiyini bildirib.

Kuzbass qubernatoru 9 körpənin ölümü qeydə alınan doğum evinin yerləşdiyi xəstəxananın rəhbərini müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırıb.

Əvvəlcə yerli KİV-lər altı körpənin öldüyünü yazıb. Onlardan üçü eyni gündə həyatını itirib. Hadisə yanvar tətili günlərində baş verib. Daha sonra isə doqquz faciəvi hadisə barədə məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar