Cəlilabadda məktəb direktoru  piyadanı vurdu: Vəziyyəti ağırdır
13 yanvar 2026 19:37 (UTC +04:00)

Cəlilabadda məktəb direktoru piyadanı vurdu: Vəziyyəti ağırdır

0

Cəlilabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun Bədirli kəndində qeydə alınıb.

Rayonun Babaxanlı kənd sakini Ziyatay Uruf oğlu Zeynalov idarə etdiyi avtomobillə Bədirli kənd sakini, piyada Xudu Abdulla oğlu Əliyevi vurub. Yaralanan piyada  xəstəxanaya yerləşdirilib.

Həkimlər X.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar