Cəlilabadda narkokuryerliyə cəlb olunanlar saxlanıldı-FOTO
02 mart 2023 08:41 (UTC +04:00)

Cəlilabadda narkokuryerliyə cəlb olunanlar saxlanıldı-FOTO

Cəlilabad rayonunda keçirilən əməliyyat tədbirləri nəticəsində xaricdə yaşayan narkotacirlər tərəfindən nakokuryerliyə cəlb olunan 4 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Nəsib Quliyev saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 2 kiloqram 800 qram heroin, 5 kiloqrama yaxın həşiş qətranı və 4 kiloqram 265 qram marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun həmin narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi əsasında müxtəlif yerlərə çatdırmalı olduğu müəyyən edilib. 

Digər əməliyyat zamanı isə Sumqayıt şəhər sakinləri Rəsul Mədətov, Salman Cəfərov və Rusif Talıbov Cəlilabad şəhəri ərazisində sonuncunun idarə etiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar. Həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan 1 kiloqram 400 qram heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

# 1326
avatar

Oxşar yazılar

Neftçilər prospekti bağlandı

Neftçilər prospekti bağlandı

2 may 2024 , 08:07
Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var  - FOTO

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTO

2 may 2024 , 03:30
Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

2 may 2024 , 02:22
NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

1 may 2024 , 23:10
“Gənclik”də sərnişin qatar yoluna düşüb

“Gənclik”də sərnişin qatar yoluna düşüb

1 may 2024 , 22:46
Göyçayda gənc qız özünü asdı

Göyçayda gənc qız özünü asdı

1 may 2024 , 20:46
Polis iş yerində özünü öldürdü

Polis iş yerində özünü öldürdü

1 may 2024 , 19:37
Azyaşlı  binadan yıxılıb   öldü

Azyaşlı binadan yıxılıb öldü

1 may 2024 , 18:45