Milli Şuranın sədri Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
Lent.az xəbər verir ki, o, bu barədə facebook səhifəsində məlumat yayıb.
Əldə etdiyimiz məlumata görə, Cəmil Həsənli Ramiz Mehdiyevlə bağlı DTX-da istintaq edilən cinayət işi üzrə şahid qismində dindiriləcək.
Qeyd edək ki, Cəmil Həsənli bundan əvvəl də bir dəfə Ramiz Mehdiyevin cinayət işi üzrə DTX-də ifadə verib.