İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hədəflərə qarşı yeni genişmiqyaslı hücumlara başlayıb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçüsünün ofisi məlumat verib.
"İsrail Hərbi Hava Qüvvələri Tehrandakı İran rejiminin hədəflərinə qarşı genişmiqyaslı hücumlara başlayıb", - məlumatda deyilir.
***
İranın İsrailə qarşı 21-ci hava hücumu dalğası başlayıb.
APA xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 21-ci dalğası çərçivəsində raketlər və pilotsuz uçuş aparatlarının kombinə edilmiş istifadəsi həyata keçirilib.
Bildirilib ki, hücum zamanı “Xeybər” raketləri Təl-Əvivin mərkəzindəki hədəflərə buraxılıb.
***
İranda 300-dən çox raket qurğusu məhv edilib.
Lent.az İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən xəbər verir ki, fevralın 28-dən bəri İsrail Hərbi Hava Qüvvələri İranda 300-dən çox raket qurğusunu sıradan çıxarıb.
İrana qarşı quru əməliyyatları vaxt itkisidir.
Lent.az NBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
O, hazırkı vəziyyətdə İranda quru əməliyyatları planlaşdırmadığını vurğulayıb.
“Bu, vaxt itkisidir. Onlar hər şeyi itiriblər. Donanmalarını və itirə biləcəkləri nə varsa hamısını itiriblər”, - Tramp bəyan edib.
ABŞ Prezidenti İrana zərbələrin intensivliyinin artacağını da qeyd edib.
***
ABŞ və İsrailin aviazərbələri nəticəsində İranda ölənlərin sayı 1230 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.
***
İran İraqda separatçı kürd qruplaşmalarının mövqelərinə zərbələr endirib.
Lent.az İran mediasına istinadən xəbər verir ki, əməliyyatı SEPAH və İranın Kəşfiyyat Nazirliyi birgə keçirilib.
Məlumata görə, İraqın Kürdüstan Muxtar Regionunda separatçı qruplaşmaların mövqeləri və imkanlarının əhəmiyyətli hissəsi məhv edilib.
Məlumatda deyilir ki, silahlı qruplar ABŞ və İsrailin dəstəyi ilə və müharibə şəraitindən sui-istifadə edərək ölkənin qərb sərhədlərindən daxil olaraq şəhər və sərhəd bölgələrində separat məqsədli terror hücumları həyata keçirməyi planlaşdırıblar.
“Lakin Kəşfiyyat Nazirliyi və SEPAH-ın birgə qabaqlayıcı xarakterli müdafiə əməliyyatı nəticəsində bu muzdluların mövqelərinin və imkanlarının əhəmiyyətli hissəsi məhv edilib, onlara ağır zərbə vurulub”, - SEPAH-ın bəyanatında bildirilib.
***
NATO Yaxın Şərqdə İranla münaqişəyə qoşula və kollektiv müdafiə maddəsini tətbiq edə bilər.
Bu bəyanatla NATO-nun Baş katibi Mart Rutte çıxış edib.
Rutte qeyd edib ki, NATO-ya üzv ölkələr hərbi əməliyyatda birbaşa iştirak etməsələr də, ABŞ-a “əsas dəstək” göstərir. Belə ki, Alyans İrana qarşı hərbi əməliyyatları dəstəkləyir, çünki Avropada da İranın “mənfi təsirini” hiss edirlər.
“NATO-nun bir çox ölkəsində, Avropada iranlı mühacirlərə sui-qəsdlər həyata keçirilib. Mənim öz ölkəm Niderland Tehran rejimi tərəfindən daimi təhlükə altındadır”, - Rutte vurğulayıb.
Baş katib kollektiv müdafiə üzrə 5-ci maddənin tətbiqini istisna etməyib. O əlavə edib ki, bunun nə vaxt və necə istifadə olunacağı barədə qeyri-müəyyənliyi qorumaq üçün ciddi səbəblər var./APA
***
4 mart, saaat 15:55
İranda ABŞ və İsrailin aviazərbələri nəticəsində ölənlərin sayı 1045 nəfərə çatıb.
***
İsrail Hərbi Hava Qüvvələri İsfahan və Şirazda İranın hərbi obyektlərinə hava zərbələri endirib.
Lent.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
IDF-in sözçüsü general-mayor Effie Defrin mətbuat konfransında bildirib ki, bu, cari kampaniya çərçivəsində İranın bu ərazilərinə edilən ilk hava zərbələridir.
O, zərbələr zamanı 20-dən çox hədəfin vurulduğunu, o cümlədən İsfahanda İranın qabaqcıl “Qədr” ballistik raketlərinin saxlandığı iki obyektin hədəf alındığını bildirib.
Digər hədəflər arasında ballistik və qanadlı raketlərinin anbarları, eləcə də Hava Hücumundan Müdafiə sistemləri də yer alıb.
“Zərbələrin çoxsaylı ballistik və qanadlı raketlərini məhv etdiyini düşünürük”, - Defrin deyib.
***
İsraildə son sutkada İranın raket və dron zərbələri nəticəsində xəsarət alan 219 nəfər xəstəxanalara yerləşdirilib.
Lent.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumilikdə hərbi əməliyyatlar başlayandan bəri 1 274 nəfər xəstəxanaya yerləşdirilib, 96 nəfərin müalicəsi davam edir, yerdə qalanlar isə evə buraxılıb.
***
Qətərdə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı iki casus şəbəkəsi aşkarlanıb, 10 nəfər həbs edilib.
Lent.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” Qətərin rəsmi xəbər agentliyinə istinadən məlumat yayıb.
“Dəqiq müşahidə və izləmə əməliyyatları nəticəsində 10 nəfər tutulub. Onlardan yeddi nəfərə ölkənin həyati vacib və hərbi infrastrukturu haqqında məlumat toplamaq tapşırılıb, digər üçü isə təxribat fəaliyyəti aparmaq və pilotsuz uçuş aparatlarının istifadəsi üzrə təlim keçib”, - məlumatda bildirilib.
Təhqiqat zamanı tutulan şəxslər SEPAH-la əlaqələrini etiraf edərək, casusluq və pozuculuq missiyalarını həyata keçirmək tapşırığı aldıqlarını bildiriblər.
***
İsrail Hərbi Hava Qüvvələri İranda “Bəsic” qüvvələrini və komanda mərkəzlərini hədəf alıb.
Lent.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bundan başqa İranda raket qurğuları, logistika diviziyaları və Havadan Müdafiə sistemləri də vurulub.
SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsi isə ötən saatlarda ABŞ və İsrailə məxsus obyektlərə qarşı 17-ci hücum dalğasını həyata keçirdiyini və 40-dan çox ballistik raketdən istifadə olunduğunu açıqlayıb.
***
ABŞ Mərkəzi Komandanlıqlarının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İrana hücumun miqyasını açıqlayıb.
Lent.az “TRT Haber”ə istinadla xəbər verir ki, əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir.
Kuperin sözlərinə görə, həmçinin əməliyyatlarda 200-dən çox təyyarə, iki təyyarə daşıyan gəmi iştirak edib.
ABŞ qüvvələri İranda yerləşən hədəflərə 2 mindən çox zərbə endirib.
Hücum nəticəsində İranın havadan müdafiə sistemləri zəifləyib.
***
Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ bazasına İranın dron hücumuna məruz qalıb.
Lent.az xəbər verir ki, bu barədə “Al Jazeera Arabic” məlumat yayıb.
Bildirilib ki, dron Bağdad hava limanı yaxınlığında yerləşən ABŞ səfirliyinin logistika dəstək düşərgəsini hədəf alıb.
***
ABŞ qüvvələri İranın 17 hərbi gəmisini məhv edib.
Bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Bredli Kuper açıqlayıb.
Onun sözlərinə görə, məhv edilən gəmilər arasında İranın döyüş qabiliyyətinə görə ön ən güclü hesab olunan sualtı qayıq da var.
General qeyd edib ki, hazırda Fars körfəzində, Hörmüz boğazında və Oman körfəzində İran hərbi gəmiləri qalmayıb./APA
***
İranın paytaxtı Tehranda yeni partlayışlar baş verir.
Lent.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri Tehranda infrastruktur obyektlərini hədəf alan genişmiqyaslı hücum dalğasının başladığını elan edib.
***
İranın İsrailə yeni raket hücumu başlayıb.
Lent.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
***
ABŞ və İsrail qüvvələrinin İrana hücumu nəticəsində 787 iranlı ölüb.
Lent.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 153 şəhərin 504 məntəqəsinə ümumilikdə 1039 zərbə endirilib. Hücumlar nəticəsində 787 nəfər həlak olub.
Hazırda dağıntıların təmizlənməsi, yaralıların daşınması və axtarışlar davam etdirilir.
***
İranın İsrailə yeni raket hücumu başlayıb.
Lent.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
***
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 5 üzvü ABŞ və İsrailin hava əməliyyatları nəticəsində öldürülüb.
Lent.az İran mediasına istinadən xəbər verir ki, Buşehrdə Dəyyer və Cəm rayonlarına endirilən hava zərbələri nəticəsində SEPAH-ın Aaerokosmik Qüvvələri və Donanmasının 5 üzvü öldürülüb.
***
2 mart, Saat 14:45
Hazırda Tehran şiddətli şəkildə bombalanır.
İranın da İsrailə yeni raket dalğası ilə hücum etdiyi bildirilir.
***
saat 13:45
İran ballistik raket dalğalarının həcmini artırır və koordinasiyanı gücləndirməyə çalışır.
Lent.az “The Times of Israel”ə istinadən xəbər verir ki, İsrail ordusu İranın kaset başlığı ola ballistik raketlərdən istifadə etdiyini təsdiqləyib.
Bildirilib ki, İran İsrailə yöndəndirdiyi hər dalğada 30-a yaxın raketdən istifadə edir və hər dalğadan sonra uzun fasilə verilib.
***
12:11
İranın Şərqi Azərbaycan vilayətinə edilən hava hücumlarında 27 nəfər ölüb.
Lent.az bu barədə “Tasnim”ə istinadən xəbər verir.
Son iki gün ərzində Təbriz, Sərab, Marağa və Şəbüstərə edilən hücumlarda 27 nəfər ölüb.
***
11:45
İranın Fars vilayətinə edilən hava hücumlarında 35 nəfər həyatını itirib.
Lent.az bu barədə “Tasnim”ə istinadən xəbər verir.
***
10:34
İranın Fars vilayətinə edilən hava hücumlarında 35 nəfər həyatını itirib.
Lent.az bu barədə “Tasnim”ə istinadən xəbər verir.
***
10:26
İsrail ordusu İrana qarşı yeni bir sıra zərbələr endirir.
Lent.az xəbər verir bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə onlar İranın ballistik raket buraxılış sistemlərini və Hava Hücumundan Müdafiə sistemlərini hədəf alıb.
İranın İSNA agentliyi isə Tehranda partlayışların qeydə alındığına dair məlumat yayıb.
***
05:16
İsrail ordusu İrana qarşı yeni bir sıra zərbələr endirir.
APA xəbər verir bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə onlar İranın ballistik raket buraxılış sistemlərini və Hava Hücumundan Müdafiə sistemlərini hədəf alıb.
İranın İSNA agentliyi isə Tehranda partlayışların qeydə alındığına dair məlumat yayıb.
***
01:03
İran İsrailə genişmiqyaslı raket zərbəsi endirir.
Lent.az xəbər verir ki, İsrailin hər yerində həyəcan siqnalları işə düşüb.
***
22:34
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə yeni zərbələr dalğası başladıb.
Lent.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə zərbələrin hədəfi İranın mərkəzindəki raket və Hava Hücumundan Müdafiə sistemləridir.
***
20:40
Hələlik regionda radioloji təsirə dair dəlil yoxdur.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, AEBA Yaxın Şərqdə baş verən hadisələri yaxından izləyir:
“AEBA Yaxın Şərqdəki hadisələri yaxından izləyir və bölgədəki insanlar üçün nüvə təhlükəsizliyi risklərindən qaçmaq üçün təmkinli olmağa çağırır.
AEBA region ölkələri ilə daimi əlaqə saxlayır, hələlik hər hansı bir radioloji təsirə dair heç bir dəlil yoxdur. Agentlik vəziyyəti izləməyə və məlumatlandırmağa davam edəcək”.
***
18:31
İran ordusu ABŞ-ın Yaxın Şərq regionunda yerləşən 14 bazasına zərbələr endirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, həmin bazalar Qətər, Səudiyyə Ərəbistanlı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və İordaniyada yerləşir.
***
17:48
Əbu-Dabi və Manamada yeni partlayışlar eşidilib.
Lent.az xəbər verir ki, AFP agentliyi Bəhreynin Əbu-Dabi və Manama şəhərlərində yeni partlayışların eşidildiyini bildirib.
***
14:37
İranın İsrailin cənubuna raket hücumlarının ikinci dalğası başlayıb.
Lent.az xəbər verir ki, bu barədə İran xəbər agentlikləri məlumat yayıb.
***
14:26
İran ordusu ABŞ-ın İraqda yerləşən hərbi bazalarını da bombalayıb.
Lent.az İran xəbər agentliklərinə istinadla bildirir ki, İraqın Kürdüstan bölgəsində yerləşən Ərbil vilayətində Amerika qüvvələrinə məxsus "Hərir" bazasına zərbələr endirilib.

***
13:14
Urmiya şəhərində də partlayış səsləri eşidilib.
Lent.az xəbər verir ki, bu barədə İran xəbər agentlikləri məlumat yayıb.
***
12:47
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında ABŞ-İsrail orduları İranın paytaxtı Tehranda bir sıra obyektlərə zərbələr endirib.
Lent.az xəbər verir ki, İranın başqa şəhərlərinə də hücumlar qeydə alınıb.
Həmçinin İran ordusu da cavab olaraq İsrailin Yerusəlim, Təl-Əviv, Hayfa. Aşkelon və bir sıra şəhərlərinə raket zərbələri endirib.