"Crocus City Hall"da tualetdən 28 meyit tapıldı:  analar uşaqlarını qucaqlayıb ölüblər
23 mart 2024 14:33 (UTC +04:00)

"Crocus City Hall"da tualetdən 28 meyit tapıldı: analar uşaqlarını qucaqlayıb ölüblər

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində martın 22-də törədilən terror aktından sonra ərazidə axtarış-xilasetmə işləri davam edir.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, kompleksin tualetlərdən birində xilasedicilər 28 meyit aşkarlayıblar. Daha 14 meyit isə təxliyə pilləkənlərində aşkarlanıb. Xilasedicilərin sözlərinə görə, bir çox analar uşaqlarını qucaqlayıb onları qorumaq istəyiblər.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı həlak olanların sayı 115-ə, yaralananların sayı 200-ə çatıb.

# 3042
avatar

Oxşar yazılar