“Crocus” “Qazprombank”a  girov   qoyulub: Bina sahiblərini  hansı nəticələr   gözləyir?
27 mart 2024 14:43 (UTC +04:00)

“Crocus” “Qazprombank”a girov qoyulub: Bina sahiblərini hansı nəticələr gözləyir?

Martın 22-də terror aktının baş verdiyi “Crocus City Hall” konsert zalı “Qazprombank”a girov qoyulub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Krasnoqorsk şəhəri, Mejdunarodnaya küçəsi, bina 20 ünvanında, sahəsi 38 min kvadratmetr olan bina 2023-cü il noyabr tarixli ipoteka müqaviləsi ilə girov qoyulub və əmlakın yüklülüyü 2032-ci il dekabrın 24-dək qüvvədədir. Əvvəllər bu müqavilə yenidən müzakirə edilib, konsert zalı 2022-ci ilin dekabrında verilən tapşırıq nəticəsində “Qazprombank”a girov olub.

Ekspertlər bank və “Crocus” sahibi üçün nəticələri təsvir ediblər

Müstəqil analitik Andrey Barhota bildirib ki, terror aktı nəticəsində “Crocus City Hall”un ləğvetmə dəyəri sıfır olmasa da, azalıb. “İndi torpağın və sağ qalan tikililərin qiymətinə görə onu ilkin dəyərin 20-30 faizi həcmində qiymətləndirmək olar”, - o, söyləyib.

“Girovun olması, onun keyfiyyəti və bazar qiymətinə satmaq imkanı bankların bu cür yüklü kreditlər üçün yaratdıqları ehtiyatların həcminə böyük təsir göstərir”, - bank hesabatları və bank risklərinin idarə edilməsi üzrə ekspert Sergey Neklyudov bildirib. Onun sözlərinə görə, kredit təşkilatları kredit portfelinin və xüsusən də fərdi kreditlərin dəyərsizləşməsini mütəmadi olaraq qiymətləndirirlər. Əgər dəyərsizləşmə əlamətləri yaranarsa, bank əlavə ehtiyatlar yaradır.

Neklyudov əlavə edib ki, “Crocus”a münasibətdə bank borcalandan kredit üçün əlavə təminat tələb edə bilər.

“Kommersiya banklarında kredit riskinin idarə edilməsində girovun keyfiyyətinin yaxşılaşdırılması, onun bazar dəyərinin aşağı düşməsi və ya girovun itirilməsi halında əlavə təminat əldə etmək və ya hazırkı girovun yenisi ilə əvəz edilməsi ümumi praktikadır”, - Neklyudov vurğulayıb. 

Bu yolla banklar kredit portfelini lazımi səviyyədə saxlaya və kredit portfelinin dəyərsizləşməsi üçün ehtiyatların yaradılmasında əlavə xərclərdən qaça bilərlər.

“Crocus Group”un sahibi yanmış binanı bərpa etməyə hazırlaşır

“Crocus Group”un sahibi Araz Ağalarov daha əvvəl bildirib ki, “Crocus City Hall”un ərazisində yanğın nəticəsində zədələnmiş bütün obyektlər bərpa olunacaq. Onun sözlərinə görə, bu, şirkət işçiləri üçün minlərlə iş yerini xilas edəcək. "Binanın yanğından qalan hissələri var və mütəxəssislər müxtəlif ssenariləri təhlil etməlidirlər", - o deyib.

"Optima Development" inkişaf şirkətinin kommersiya direktoru Dmitri Qolev "Vedomosti" ilə söhbətində izah edib ki, "Crocus"un bərpası üçün iş təxminən beş il çəkəcək. Tikintinin dəyəri 9 milyard rubldan çox (97 milyon dollardan çox ) və avadanlıqların alınması nəzərə alınmaqla - daha çox olacaq, Alto Real Estate Fundun idarəedici tərəfdaşı Nataliya Tişendorf əlavə edib.

Martın 22-də axşam saatlarında bir qrup silahlı şəxs “Crocus City Hall”a soxularaq “Piknik” qrupunun konsertinə gələn insanlara avtomatlardan atəş açıb, sonra isə konsert zalını yandırıb. Son məlumatlara görə, 139 nəfər terror aktının qurbanı olub, daha 360 nəfər yaralanıb. Konsert zalının binası tamamilə yanıb.

# 2610
avatar

Oxşar yazılar

Körpə yeməkdən sonra qusub öldü

Körpə yeməkdən sonra qusub öldü

2 may 2024 , 11:03
Bakıda kişi kanalizasiya quyusuna  düşüb öldü

Bakıda kişi kanalizasiya quyusuna düşüb öldü

2 may 2024 , 09:57
Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

2 may 2024 , 09:23
Şamaxıda DƏHŞƏT:  kafenin həyətində özünü asdı

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

2 may 2024 , 09:20
Bakıda ev yandı, ölən var

Bakıda ev yandı, ölən var

2 may 2024 , 09:11
Neftçilər prospekti bağlandı

Neftçilər prospekti bağlandı

2 may 2024 , 08:07
Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var  - FOTO

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTO

2 may 2024 , 03:30
Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

2 may 2024 , 02:22