Klopp gələn il klubsuz qalacaq
02 may 2024 09:35 (UTC +04:00)

Klopp gələn il klubsuz qalacaq

"Liverpul"dan ayrılmaq qərarına gələn Yurgen Klopp haqqında təəccüblü iddia ortaya atılıb. "Barselona"nı idarə edəcəyi deyilən baş məşqçinin gələn mövsüm komandanı çalışdırmayacağı bildirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Yurgen Kloppun 1 illik futbola fasilə verdikdən sonra Dortmund "Borussiya"sına dönəcəyi vurğulanıb. Alman mətbuatında yer alan xəbərdə qeyd olunub ki, 56 yaşlı mütəxəssis "Borussiya Dortmund"da yeni vəzifəyə keçəcək. Yurgen Kloppun "Borussiya Dortmund"da "Futbola cavabdeh menecer" kimi çalışa biləcəyi bildirilib.

Alman baş məşqçi bu mövsüm "Liverpul"da 55 oyun keçirib. Kloppun yetirmələri bu görüşlərdə meydanı 37 qələbə, 10 heç-heçə və 8 məğlubiyyətlə tərk ediblər.

# 1818
avatar

Oxşar yazılar