“Crocus”dakı terrorla bağlı İŞİD-in  öz versiyası:   Ölənlərin sayı  daha çoxdur? 
01 aprel 2024 00:26 (UTC +04:00)

“Crocus”dakı terrorla bağlı İŞİD-in öz versiyası: Ölənlərin sayı daha çoxdur? 

İŞİD terror qruplaşmasının “Vilayət Xorasan” adlı qolu martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı öz versiyasını əks etdirən 16 səhifəlik hesabat dərc edib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, İŞİD-nin təqdim etdiyi versiyaya görə, silahlı yaraqlılar 200-ə yaxın insanı güllələməyə nail olub və yanğın nəticəsində “Crocus”a gələn daha bir neçə yüz nəfər ölüb.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin sözlərinə görə, 139 nəfər terror aktının qurbanı olub, daha 182 nəfər yaralanıb.

Daha sonra Rusiya Fövqəladə Hallar Nazirliyi ölənlərin 143 adının olduğu siyahı dərc edib. İndiyədək terror aktının qurbanlarının 134-ü müəyyən edilib.

İŞİD Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə döyüşə girməyi planlaşdırıb

Hesabatda qeyd olunur ki, islamçılar asayiş qüvvələri ilə döyüşə hazırlaşırmış. İŞİD vurğulayır ki, yaraqlılar “külli miqdarda döyüş sursatı alıblar”, lakin onların planları silahlarla bağlı problemlərə görə dəyişib.
“Silahın qəfil nasazlığı onları tez bir zamanda konsert zalını tərk etməyə məcbur edib”, - İŞİD-in hesabatında vurğulanır.

“Crocus”da terror aktı 2024-cü il martın 22-də axşam baş verib. Dörd silahlı terrorçu “Piknik” qrupunun konsertindən əvvəl binaya soxularaq insanlara atəş açıb. Onlar hollda və konsert zalının özündə atəş açıb, sonra binanı yandırıb maşına minib qaçıblar. Hücuma görə məsuliyyəti “Vilayət Xorasan” təşkilatı öz üzərinə götürüb. Terror aktını törədənlərin hamısı Bryansk vilayətində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Hazırda “Crocus”da terror aktı ilə bağlı 9 nəfər, o cümlədən dördü birbaşa icraçı həbs edilib.
 

# 2268
avatar

Oxşar yazılar