Fransa həbsxanaları 200% dolub, minlərlə məhbus yerdə yatır
01 may 2024 10:05 (UTC +04:00)

Fransa həbsxanaları 200% dolub, minlərlə məhbus yerdə yatır

Fransa həbsxanalarındakı məhbusların sayı rekord qıraraq 77 min nəfəri keçib.

Lent.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) respublikanın Ədliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, aprelin 1-də 77 450 nəfər həbsdə olub ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 4 370 nəfər çoxdur. Bu, Fransa tarixində ən çox məhbus sayıdır.

Bəzi həbsxanalar 200% doludur. Yerin olmamasına görə, məhkumlar yerdə döşəklərin üstündə yatmağa məcbur olurlar. Yerdə yatanların sayı - 2023-cü ilin aprelində 2151-dən 3307-yə qədər artıb.

# 1833
avatar

Fidan İlqar

Oxşar yazılar