Daşkəsəndə itkin   düşən kişinin meyiti meşədə  tapıldı - YENİLƏNİB
06 aprel 2026 13:05 (UTC +04:00)

Daşkəsəndə itkin düşən kişinin meyiti meşədə tapıldı - YENİLƏNİB

0

Daşkəsəndə qayalıq ərazidən meyiti tapılan şəxsin kimliyi bilinib.

Lent.az xəbər verir ki, həmin şəxsin Daşkəsən şəhər sakini 74 yaşlı Əli Kərimov olduğu üzə çıxıb.

Məlumata görə, Ə. Kərimov aprelin 4-də itkin düşüb. Onun üzərində zorakılıq əlamətləri olmayan meyiti şəhərin ərazisindəki meşəlik sahədə tapılıb.

Araşdırma aparılır.

***
10:38

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Daşkəsən rayonunda qayalıq ərazidə aşkar edilən 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Lent.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti qayalıq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1070

Oxşar yazılar