Sumqayıtda uşaqlara bıçaqla  hücum edən kişi ilə bağlı tədbir görüldü - VİDEO  - YENİLƏNİB
06 aprel 2026 12:42 (UTC +04:00)

Sumqayıtda uşaqlara bıçaqla hücum edən kişi ilə bağlı tədbir görüldü - VİDEO - YENİLƏNİB

0

Sumqayıtda bıçaqla uşaqlara hücum etdiyi deyilən kişi ilə bağlı tədbir görülüb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, daxil olan məlumat əsasında 88 yaşlı şəxs müəyyən olunub. Onunla bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

***
12:01

Sumqayıtda bir kişinin əlində bıçaqla uşaqlara hücum etdiyi bildirilir.

Lent.az xəbər verir ki, bu barədə şəhər sakini sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, yaşadığı 41-ci məhəllənin Şahhuseyn Qəmbərov adlı sakini həyətdə oynayan uşaqlara bıçaqla hücum edir. Hətta 2024-cü ildə qonşunun azyaşlı uşağına bıçaqla xəsarət də yetirib. Paylaşımı edən şəxs bildirib ki, Şahhuseyn Qəmbərov tək yaşayır.

DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli məsələ ilə bağlı Lent.az-a bildirib ki, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 930

Oxşar yazılar