Bakıda maşın qəfildən alışıb yandı - VİDEO
05 aprel 2026 21:58 (UTC +04:00)

Bakıda maşın qəfildən alışıb yandı - VİDEO

0

Respublika Hərbi Prokurorluğunun qarşısında avtomobil yanıb. 

Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, prokurorluğun inzibati binasının qarşısında “Dodge” markalı avtomobil qəfil alışaraq yanıb. 

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. 

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb. 

Hadisə zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerindən görüntüləri təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar