Deputat azyaşlı qızı zorladı
06 mart 2024 15:57 (UTC +04:00)

Deputat azyaşlı qızı zorladı

Rusiyanın Kirov vilayətinin gənclər parlamentinin deputatı altıncı sinif şagirdini zorlamaqda ittiham olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, 25 yaşlı parlamentari bir neçə ay ərzində - 2022-ci ilin sonundan 2023-cü ilin əvvəlinə kimi azyaşlıya qarşı qanunsuz hərəkətlər edib.

Gənc deputatın Kirovda kirayə qaldığı mənzildə 11 yaşlı qıza təcavüz etdiyi bildirilir. Bu müddət ərzində o, Muraşinski rayonunda ictimai hərəkat şöbəsinin sədri vəzifəsində çalışıb.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi - “Zorlama” və “Seksual xarakterli zorakılıq hərəkətləri” ilə cinayət işi açılıb.

Deputat saxlanılıb.

# 7422
avatar

Oxşar yazılar