Deputat dələduzluğa görə saxlanıldı
11 mart 2023 09:49 (UTC +04:00)

Deputat dələduzluğa görə saxlanıldı

Sankt-Peterburqda Qaqarinskoye bələdiyyə dairəsinin deputatı qarın təmizlənməsi zamanı dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, ilkin məlumatlara görə, 42 yaşlı bələdiyyə üzvü kommersiya strukturunun baş direktoru ilə yanvarın 1-dən dekabrın 31-dək ərazilərin abadlaşdırılması işlərinin aparılması üçün müqavilə imzalayıb. Ancaq bu işlər çərçivəsində 2021-ci ildə 20 milyon rubl məbləğində pul mənimsəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün şəraitini və səbəblərini müəyyənləşdirirlər.

Deputatdan başqa, şirkətin 45 yaşlı baş direktoru da saxlanılıb.

# 1758
avatar

Oxşar yazılar