Dumanlı havada maşını kanala aşırıb öldü - Neftçaladakı qəzanın VİDEOSU
10 yanvar 2026 11:38 (UTC +04:00)

Dumanlı havada maşını kanala aşırıb öldü - Neftçaladakı qəzanın VİDEOSU

1

Dumanlı hava yolda məhdudiyyətli görünməyə səbəb olduğu üçün təhlükəsizlik baxımından əlverişsiz hesab edilir. Təəssüf ki, bir sıra hallarda sürücülərin bu xüsusda verilən tövsiyələrə əməl etməməsi sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, ötən gün saat 21 radələrində Neftçala rayon sakini Yaşar Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə su kanalı üzərindəki körpüdən keçmək istəyərkən havanın qaranlıq olması, eləcə də qatı duman səbəbindən yol şəraitini düzgün qiymətləndirə bilməyib və nəticədə avtomobil yoldan çıxaraq kanala aşıb. Köməksiz vəziyyətdə qalan 73 yaşlı Y.Kərimov hadisə yerində həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları dumanlı, çiskinli havalarda daha da diqqətli olmağa, ətraf mühiti yetərincə qavramağa imkan verən sürət həddi seçməyə, ötmə, manevr etmə, dayanma, durma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının, şüşə silgəclərinin işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa çağırır.

***
9 yanvar, saat: 23:20

Neftçalada avtomobilin kanala aşması sürücünün ölümü ilə nəticələnib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Qırmızıkənd kəndi ərazsizində qeydə alınıb.

Belə ki, Neftçala rayon sakini, Yaşar Kərimovun idarə etdiyi “Toyota” markalı avtomobili idarəetməni itirərək kanala aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonunun Şorsulu kənd əsəb-dispanser xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3305

Oxşar yazılar