Ələtdə 49 yaşlı kişinin ölüm səbəbi məlum oldu
26 mart 2023 09:18 (UTC +04:00)

Ələtdə 49 yaşlı kişinin ölüm səbəbi məlum oldu

Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Şahin Quliyevin martın 24-ü günorta saatlarında Dəyanət Cəfərovu döyərək ağır xəsarət yetirməsi və zərərçəkmiş şəxsin həmin xəsarət nəticəsində növbəti gün ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa vurulmuş ağır zərərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

# 2037
avatar

Oxşar yazılar

Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı  - FOTO

Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO

19 mart 2024 , 06:23
Rəqqasə Renka qəzaya düşdü

Rəqqasə Renka qəzaya düşdü

18 mart 2024 , 23:21
Şəkidə DƏHŞƏT:  qan qusan yeniyetmə öldü

Şəkidə DƏHŞƏT: qan qusan yeniyetmə öldü

18 mart 2024 , 22:05
Arvadını və oğlunu  güllələdi

Arvadını və oğlunu güllələdi

18 mart 2024 , 19:25
“Nicat Lənkəranski”yə  hökm oxundu

“Nicat Lənkəranski”yə hökm oxundu

18 mart 2024 , 18:12
Bərdədə  azyaşlı qızı   it dişlədi

Bərdədə azyaşlı qızı it dişlədi

18 mart 2024 , 17:31
Bakıda oğurluq edən  keçmiş məhkum   tutuldu

Bakıda oğurluq edən keçmiş məhkum tutuldu

18 mart 2024 , 17:14
Bakı həbsxanasında məhkum öldü

Bakı həbsxanasında məhkum öldü

18 mart 2024 , 15:02