Ermənistan rəhbərliyinin  Şuşanın işğalına   göstəriş verməsini təsdiqləyən sübutlar
28 aprel 2025 14:30 (UTC +04:00)

Ermənistan rəhbərliyinin Şuşanın işğalına göstəriş verməsini təsdiqləyən sübutlar

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı bir sıra videomateriallar nümayiş olunub.

Lent.az xəbər verir ki, həmin videomateriallara Ermənistanın işğal dövründə hazırladığı reportajlar da daxildir.

Nümayiş etdirilən dəlillərdən biri Şuşa şəhərinin işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın işğal prosesi və orada iştirak etmiş şəxslər barədə qeydlərinin əks olunduğu videomateriallardan hissələr olub. Videomaterialda, həmçinin Şuşanın işğalına hərtərəfli hazırlıqdan bəhs edilib.

Vurğulanıb ki, Şuşanın işğalı barədə hazırlanmış plan Vazgen Sarkisyana (Ermənistanın birinci müdafiə naziri – red.) təqdim edilib. Əlavə olunub ki, V.Sarkisyan plana razılıq verib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli deyib ki, bu və digər faktlar Şuşanın işğalına Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş verməsini sübut edir.

Məhkəmədə nümayiş etdirilən diger videomateriallarda dörd istiqamət üzrə Şuşanın işğalına rəhbərlik edən şəxslərin adları, - Samvel Babayan, Seyran Ohanyan, Valeri Çiçyan, Arkadi Karapetyan, – çəkilib. Ermənilərin hazırladığı videomaterialda qeyd edilib ki, hücumun məqsədi işğalla yanaşı, Şuşanın “yeriyən həşəratlardan təmizlənməsi” olub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998

Oxşar yazılar

İki yaşlı oğlan  anasını öldürdü   -  VİDEO

İki yaşlı oğlan anasını öldürdü - VİDEO

16 iyun 2025 , 16:18
Gəncədə hamamda  PARTLAYIŞ: qadın yandı

Gəncədə hamamda PARTLAYIŞ: qadın yandı

16 iyun 2025 , 15:48
Bakıda FACİƏ : 4 yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: 4 yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

16 iyun 2025 , 14:26
Bakıda yeniyetmə dənizdə batdı

Bakıda yeniyetmə dənizdə batdı

16 iyun 2025 , 12:17
Xaçmazda evdən meyit  tapıldı

Xaçmazda evdən meyit tapıldı

16 iyun 2025 , 11:49
Oğuz-Qəbələ-Bakı su kəmərində qəza:  Bakı susuz qalacaq?

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza: Bakı susuz qalacaq?

16 iyun 2025 , 11:33
Qəbələdə DƏHŞƏT:   həmkəndlisini dəhrə ilə öldürdü

Qəbələdə DƏHŞƏT: həmkəndlisini dəhrə ilə öldürdü

16 iyun 2025 , 09:34
Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı

Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı

16 iyun 2025 , 02:54