Dünyanın ən yaşlı futbolçusu  müqaviləsinin müddətini uzatdı
25 iyun 2026 22:51 (UTC +04:00)

Dünyanın ən yaşlı futbolçusu müqaviləsinin müddətini uzatdı

0

59 yaşlı yaponiyalı hücumçu Kazuyoşi Miura növbəti mövsümdə də peşəkar futbolçu karyerasını davam etdirəcək.

Lent.az bu barədə Sport24.ru saytına istinadən xəbər verir.

Qeyd olunub ki, Miura Yaponiyanın "Yokohama" klubu ilə müqaviləsinin müddətini uzadıb. O, icarə əsasında Yaponiyanın üçüncü divizionunda çıxış edən "Fukuşima Yunayted" komandasına keçib.

Kazuyoşu Miura rəsmən planetin ən yaşlı peşəkar futbolçusu hesab olunur. O, karyerasına 1982-ci ildə başlayıb və Braziliyanın "Santos", Xorvatiyanın "Dinamo Zaqreb", İtaliyanın "Cenoa" və bir sıra digər klublarda çıxış edib. Futbolçu Yaponiya millisinin heyətində 89 oyun keçirib və 55 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar