Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” ilə digər minik avtomobili toqquşub.
Qəzadan sonra VAZ 2107 markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə 1986-cı il təvəllüdlü S. Quliyev və 2004-cü il təvəllüdü X. Atayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır