Gəncədə zəncirvarı qəza
14 aprel 2024 15:36 (UTC +04:00)

Gəncədə zəncirvarı qəza

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dayanan "VAZ 2107", "Opel", "Toyota" və "Mercedes” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

# 2088
avatar

Oxşar yazılar