Biznesmenlər arasında DAVA:  şəriklərini öldürüb yandırdılar
02 may 2024 16:11 (UTC +04:00)

Biznesmenlər arasında DAVA: şəriklərini öldürüb yandırdılar

Rusiyanın Rostov vilayətinin Volqodonsk şəhərindən bir qədər aralıda gəmi kanalının sahilində iki kişi vəhşicəsinə qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Sergey Kaçan və Eduard Rudayev qətldə şübhəli bilinərək saxlanılıb. Onlar hazırda həbsdədirlər.

Qeyd olunur ki, onlar öldürülənlərdən birinin tamamilə, digərini isə hissələrə ayıraraq başdan başqa hər yerini yandırıblar.

Məlumata görə, qətldən sonra Rudayev və Kaçan meyitləri Rudayevə məxsus ağac emalı sexinə aparıblar. Meyitlər sobada yandırılıb, qalıqları ətrafa aparılaraq basdırılıb.

Qətlin biznesin satış payı ilə bağlı maliyyə mübahisələri səbəbindən baş verdiyi ehtimal edilir.

# 3345
avatar

Oxşar yazılar