Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək
02 may 2024 18:39 (UTC +04:00)

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

"Bavariya"nın baş direktoru Yan-Kristian Drezen bildirib ki, Tomas Tuxel klub Çempionlar Liqasını qazansa belə, baş məşqçi postunu tərk edəcək. 

Lent.az bildirir ki, bu barədə Bayern & Germany məlumat yayıb.

“Biz qərarları onların qəbul olunduğu vəziyyətə əsasən qiymətləndirməliyik: o zaman vəziyyət başqa idi, indi isə tamam başqadır. Finala yüksəlmək və daha sonra Çempionlar Liqasını qazanmaq kimi dəqiq hədəfimiz var. Bu baş versə belə, Tuxellə sevinib, sonra ayrı yollarımıza gedəcəyik”, - Drezen bildirib.

Fevral ayında Tuxelin gələn yay "Bavariya"nı tərk edəcəyi rəsmən açıqlanmışdı. 50 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulurdu.

Tuxel 2023-cü ilin martında “Bavariya”nın başına keçib. Onun rəhbərliyi altında münhenlilər 57 oyun keçirib, 36 qələbə, 13 məğlubiyyət və 8 heç-heçə edib.

"Bavariya" Bundesliqanın turnir cədvəlində ikinci yerdədir və yeni çempion Leverkuzenin “Bayer” klubundan 12 xal geri qalır. Münhen 2013-cü ildən sonra ilk dəfə Almaniya çempionluğunu əldən verib.

Çempionlar Liqasında Münhen komandası 2020-ci ildən bəri ilk dəfə yarımfinala yüksəlib və burada ilk oyunda “Real” ilə heç-heçə edib (2:2). Cavab oyunu mayın 8-də Madriddə keçiriləcək.
 

# 1659
avatar

Oxşar yazılar