Gürcüstanda  azərbaycanlı gənci öldürən   Türkiyəyə qaçanda saxlanıldı
07 yanvar 2026 19:27 (UTC +04:00)

Gürcüstanda azərbaycanlı gənci öldürən Türkiyəyə qaçanda saxlanıldı

0

Gürcüstanın Marneuli rayonunda bazarda 27 yaşlı Sahib Bayramovu qətlə yetirməkdə ittiham olunan 24 yaşlı şəxs Türkiyə ilə sərhəddəki “Kartsaxi” sərhəd sektoru ərazisində saxlanılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bazarındakı zərgərlik mağazasında ata və oğlunu odlu silahla yaralayaraq hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan biri aldığı travmalardan dünyasını dəyişib.

Aparılmış istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi tez bir zamanda müəyyən edilib və onun barəsində qanunla nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Törədilmiş cinayət əməlinə görə 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Gürcüstan DİN Türkiyə DİN-nin, həmçinin Gömrük və Xarici Ticarət Xidmətinin nümayəndələrinə operativ əməkdaşlığa görə təşəkkür edib.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu qətli törədən şəxsə qiyabi ittiham irəli sürüb. O, sifarişlə və xüsusi amansızlıqla iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasında ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1468

Oxşar yazılar