Həbib Nurməhəmmədov ölümlə hədələndi
30 mart 2024 17:10 (UTC +04:00)

Həbib Nurməhəmmədov ölümlə hədələndi

Dağıstanda UFC çempionu Həbib Nurməhəmmədovu öldürməklə hədələyən şəxs saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 27 yaşlı Mahaçqala sakini sosial şəbəkələrdə təhdidlər yağdırıb. O, idmançını və Dağıstan polisini təhqir edib. O bildirib ki, “piyadalar deyil, onun siyahısındakı insanlar öldürülməlidir”. Bu siyahıya Həbib, həmçinin Dağıstanın Dubki kəndinin polis rəisi və Qlavrıba regional bölməsinin rəhbəri də daxildir. Adam onları öldürməyə söz verib.

Video polisin diqqətini çəkib və həmin şəxs tez bir zamanda müəyyən edilərək şöbəyə aparılıb. Nurməhəmmədova qarşı belə nifrətin nədən yarandığı açıqlanmır.

# 2559
avatar

Oxşar yazılar