İki helikopter qəzaya uğradı: Yeddi nəfər itkin düşdü
21 aprel 2024 05:42 (UTC +04:00)

İki helikopter qəzaya uğradı: Yeddi nəfər itkin düşdü

Yaponiya Özünümüdafiə Qüvvələrinin hər birində dörd ekipaj üzvü olan iki “SH60K” patrul helikopteri İzu adalarında təlim zamanı qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Minoru Kihara məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, daha 7 nəfərin axtarışları davam etdirilir.

# 2295
avatar

Oxşar yazılar