İlhamə Quliyevanın bacısı qızı 811 min manatlıq  dələduzluqda ittiham olunur - YENİLƏNİB
11 fevral 2026 10:44 (UTC +04:00)

İlhamə Quliyevanın bacısı qızı 811 min manatlıq dələduzluqda ittiham olunur - YENİLƏNİB

0

Xalq artisti İlhamə Quliyevanın həbs edilən bacısı qızı Nigar Həsənova ilə bağlı yeni faktlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində Nigar Həsənovanın 18 nəfərin ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***

saat 10:10

Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib.

Lent.az manset.az-a istinadla xəbər verir ki, Bakıda tanınmış kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilərək barəsində üç ay on yeddi gün (3 ay 17 gün) müddətinə həbs edilib.

Qeyd edək ki, portalımız Nigar Həsənovanın Azərbaycanda bir sıra sahibkarlardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayımlamışdı. N.Həsənova Azərbaycanın məşhur Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 760

Oxşar yazılar