Keçmiş nazir Namiq Abbasov   VƏFAT ETDİ
27 mart 2024 21:56 (UTC +04:00)

Keçmiş nazir Namiq Abbasov VƏFAT ETDİ

Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov 84 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, Namiq Abbasov 1940-cı il fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.

1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb.

Səfir vəzifəsindən getdikdən sonra təqaüdə çıxıb.

# 4476
avatar

Oxşar yazılar