Helikopter qəzaya uğradı, 8 ölü var
27 aprel 2024 06:25 (UTC +04:00)

Helikopter qəzaya uğradı, 8 ölü var

Ekvadorun Pastaza əyalətində helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

Lent.az xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələri X sosial şəbəkə hesabında məlumat yayıb.

"Ekvador Ordusu xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin cəsədlərinin aşkar edildiyini ictimaiyyətə bildirməkdən təəssüflənir", - bəyanatda deyilir.

Qeyd olunub ki, helikopter daşqınlardan zərər çəkmiş əhaliyə humanitar yardım çatdırırdı.

# 1644
avatar

Oxşar yazılar