Kirayə puluna  görə qızını satdı
15 yanvar 2026 20:47 (UTC +04:00)

Kirayə puluna görə qızını satdı

0

Ukraynanın Zaporojye şəhər sakini pul qarşılığında öz qızını satıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 2025-ci ilin avqustunda 22 yaşlı ana həmin vaxt cəmi bir aylıq olan qızını Ujqoroddan olan bir qadına satıb. Alıcı qadın ona pul verib, eyni zamanda mənzilin kirayə haqqını və notarius xidmətlərini də ödəyib.

Sonradan miqrasiya polisi əməkdaşları və Zaporojye rayon idarəsinin istintaqçıları qızı Ujqorodda tapıblar. Yerli həmkarların və sosial xidmətlərin köməyi ilə uşaq götürülərək Zaporojyeyə geri qaytarılıb.

Hazırda körpənin həyat və sağlamlığı üçün heç bir təhlükə yoxdur. Anaya isə uşaq alveri və narkotiklərin saxlanması maddələri ilə ittiham irəli sürülüb. Qıza 15 ilədək həbs cəzası verilə bilər. İstintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar