Kömək etdikləri  75 yaşlı qadını SOYDULAR
02 yanvar 2026 15:13 (UTC +04:00)

Kömək etdikləri 75 yaşlı qadını SOYDULAR

0

Bakının Xətai rayonu ərazisində 75 yaşlı qadın üzləşdiyi soyğunçuluq hadisəsi ilə bağlı polisə müraciət edib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, o, mağazadan alış-veriş edib evə gedərkən qarşılaşdığı iki naməlum şəxsin ona əl yükünü daşımaq üçün kömək etmək istədiyini, daha sonra isə həmin şəxslərin zərərçəkənə məxsus içərisində 195 manat və kartlar olan pulqabını taladığını bildirib.

Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Kazımov və N.Həmidli müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar